Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəhşətli yanğından 5 il ötdü...

Bu gün Binəqədi rayonunda 4-ü uşaq olmaqla, 11 nəfərin ölümünə səbəb olan yanğından 5 il ötür...

PİA.az-ın xəbərinə görə, 2015-ci il mayın 19-da səhər saatlarında Azadlıq prospektindəki 16 mərtəbəli yaşayış binasında yanğın başladı. Binanın penoplast materialla üzlənməsi qısa zamanda yanğının güclənməsinə və bütün binanın alovlar içində qalmasına səbəb oldu. Xilasedicilər tərəfindən onlarla sakin binadan təxliyə olunsa da, 15 nəfər vəfat etdi. Onlardan 4-ü də azyaşlı idi.

Yanğın nəticəsində 3 yaşlı Fərəh, 5 yaşlı Ayan, 2 yaşlı Ayxan və 1 yaşlı Ömər dünyasını dəyişdi. 16 yaşlı Davud Eyvazov da yanğın zamanı vəfat etdi. Bina sakinləri olan Bağırova Firəngiz Rəhim qızı (60 yaş), onun qardaşı Bağırov Sahib Rəhim oğlu (49 yaş), Şirinova Zülfiyyə Yavər qızı (43 yaş), Həsənova Alla Antonovna (58 yaş), Utuyevsil Yuri Vladimiroviç (67 yaş), Boykova Lyubov Viktorovna (87 yaş), Yəhyayeva Elmira Əliağa qızı (68 yaş), Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş), Kərimova Nazilə Malik qızı (39 yaş), Eyvazova Ülkər Hamir qızı (21 yaş) yanğında həyatlarını itirdilər.

Bu yanğına görə binanı üzləyən şirkətin vəzifəli şəxsləri, penoplast materialla bağlı ekspertiza rəyi verən ekspertlər və icra strukturlarından bir neçə şəxs həbs olundu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə binanın üzləməsini həyata keçirən "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Miryusif Mahmudov 8 il, Binəqədi rayon icra başçısının müavini Qəzənfər Novruzov 4 il, “Global Stone” MMC-nin direktoru Uğur Bəşirov 5 il, direktor müavini Ələkbər Əsgərov 4 il, icra hakimiyyətinin şöbə müdiri Ədalət Rəcəbov 4 il, ”JEK” müdiri Nizami Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Akif Əlibəyova şərti cəza verilib.

2019-cu ilin iyul ayında Miryusif Mahmudov və Ələkbər Əsgərov şərti cəza ilə azadlığa buraxılıb. (Qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Ən çox oxunanalar